Bank Of Baku

AZAL beynəlxalq aviareyslər üzrə güzəşt kampaniyası keçirir

AZAL beynəlxalq aviareyslər üzrə güzəşt kampaniyası keçirir
# 23 dekabr 2011 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar növbəti kampaniyaya start verib.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, bu gündən etibarən müxtəlif beynəlxalq marşrutlar üzrə aviabiletləri AZAL-ın veb-saytından (www.azal.az) onlayn şəkildə əldə edən sərnişinlər bayramlarda güzəştli səyahətlər edə biləcək.

Qeyd edək ki, biletlər onlayn əldə olunduğu zaman xüsusi endirim tarifləri ilə təklif ediləcək. Aviaşirkət bu təklifə məhdudiyyət qoymaq hüququnu özündə saxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR