Bank Of Baku

Azərbaycanda internet tarifləri orta aylıq əmək haqqının 4%-nə bərabərdir

Azərbaycanda internet tarifləri orta aylıq əmək haqqının 4%-nə bərabərdir
# 23 dekabr 2011 11:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan yüksək sürətli internet xidmətlərinin tariflərinə görə inkişaf etmiş ölkələrə yaxınlaşmaq üzrədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, yoxsul ölkələrdə, əsasən də Afrika regionunda 1 Mbit/saniyə internetin qiyməti orta əmək haqqından bir neçə dəfə artıqdır: «İnkişaf edən ölkələrdə 1 Mbit/saniyə internet orta aylıq əmək haqqının 30-35%-nə bərabərdir. Avropanın inkişaf etmiş ölkələrində bu göstərici 1%-ə, Azərbaycanda isə 4,5% təşkil edir. Əgər Azərbaycanda orta aylıq əmək haqqı 360 manata bərabərdirsə və 1 Mbit/saniyə sürətli internetin qiyməti təxminən 15 manat təşkil edirsə, bu onu göstərir ki, ölkədə internet tarifləri orta aylıq əmək haqqının 4%-nə bərabərdir».

Nazir onu da vurğulayıb ki, bu məsələdə Azərbaycan inkişaf etmiş ölkələrə yaxınlaşmaq üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR