Bank Of Baku

Proqnoz: Bakının daşınmaz əmlak bazarında sabitlik gələn il davam edəcək

Proqnoz: Bakının daşınmaz əmlak bazarında sabitlik gələn il davam edəcək
# 23 dekabr 2011 11:28 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu daşınmaz əmlak bazarında araşdırılmalar aparan «MBA Ltd.» konsaltinq şirkətinin prezidenti Nüsrət İbrahimov bildirib.

N.İbrahimovun sözlərinə görə, 2011-ci ilin yekununda orta qiymətlərdə 4-5%, satış əməliyyatlarının sayında isə 10-11% artım müşahidə olunacaq. Gələn il isə bu göstəricilərin təxminən 3-4% və 5-6% təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, şirkətin araşdırmalarına görə, hazırda Bakıda təkrar bazarda orta qiymətlər 1 kv. metr üçün 1 297 dollar, ilkin bazarda isə 780 dollara bərabərdir. Bu qiymətlər müxtəlif amillər, o cümlədən, yerləşdiyi zonadan, otaqların sayından, yaşqayış evinin layihəsindən asılı olaraq dəyişir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR