Bank Of Baku

Ekspert: «Bakıda «Xruşşov» layihəli binaların yaxın 10 ildə sökülməsi real deyil»

Ekspert: «Bakıda «Xruşşov» layihəli binaların yaxın 10 ildə sökülməsi real deyil»
# 23 dekabr 2011 13:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu daşınmaz əmlak bazarında araşdırmalar aparan «MBA Ltd.» konsaltinq şirkətinin prezidenti Nüsrət İbrahimov bildirib.

N.İbrahimovun sözlərinə görə, bu evlərin sökülməsi məsələsi yaxın 5-10 ildə, bəlkə də daha çox uzun müddət ərzində real görünmür: «Bu evlərin vəziyyəti, texniki və digər şəraiti yaxşıdır və onlar hələ daha 25 il istismar oluna bilər».

Qeyd edək ki, «MBA Ltd.» şirkətinin hazırladığı icmala əsasən, «Xruşşov» binalarında 1 kv. metrin orta qiyməti 1 323 ABŞ dollarına bərabərdir ki, bu da «Alman», «Fransa», «İtaliya», «Kiyev», «Leninqrad» və «Minsk» kimi layihəli evlərin müvafiq göstəricisindən daha yüksəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR