Bank Of Baku

Siyəzən rayonunda Eynibulaq kəndinin su təchizatı sistemi istismara verilib

Siyəzən rayonunda Eynibulaq kəndinin su təchizatı sistemi istismara verilib
# 23 dekabr 2011 13:30 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC kənd yaşayış məntəqələrində əhalinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.

“Azərsu”nun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə 2011-ci ildə bir neçə rayonda yeni layihələrin icrasına başlanıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində Siyəzən rayonunun Eynibulaq kəndinin su təchizatı sistemi istismara verilib. Bununla bağlı keçirilən tədbirdə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov bildirib ki, “Azərsu” ASC iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir. ASC-nin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq içməli su çatışmazlığından əziyyət çəkən Siyəzən rayonunun Eynibulaq kəndinə su verilib.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına” uyğun olaraq Eynibulaq kəndinə Siyəzən şəhərindəki mərkəzi anbardan 8,5 km uzunluğunda magistral, 500 metr uzunluğunda məhəllədaxili su xətti çəkilib və kəndin ərazisində 100 kubmetr tutumu olan anbar tikilib. Siyəzən şəhərindən yüksəklikdə yerləşən kəndə su nəql etmək üçün nasosxana inşa edilib. “Azərsu” ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində Eynibulaq kəndinin 964 nəfər sakinin içməli su problemi həll olunub.

Qeyd edək ki, indiyə qədər kəndə içməli su səyyar maşınlarla daşınırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR