Bank Of Baku

MTRŞ Azərbaycanda yerüstü rəqəmli televiziya yayımının əsas və regional paketlərini açıqlayıb

MTRŞ Azərbaycanda yerüstü rəqəmli televiziya yayımının əsas və regional paketlərini açıqlayıb
# 23 dekabr 2011 13:52 (UTC +04:00)
MTRŞ-dan APA-ya verilən məlumata görə, qərar Şuranın dünən keçirilən iclasında qəbul edilib. Qərara əsasən, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramları dekabrın 22-dən analoq yayımla paralel DVB-T standartına uyğun olaraq rəqəmli formada həyata keçiriləcək və ölkə ərazisində yerüstü rəqəmli televiziya yayımı əsas və regional paketlər üzrə aparılacaq.

"Televiziya və radio yayımı haqqında" qanunun 1.0.14-cü maddəsinə uyğun olaraq hazırda ölkədə mövcud olan bütün ümumrespublika televiziya proqramları və TRT1 telekanalı əsas paketə daxil edilib və aşağıdakı ardıcıllıqla yayımlanması qərara alınıb.

1. AzTV
2. Mədəniyyət TV
3. İdman Azərbaycan TV
4. İTV
5. ANS
6. Lider TV
7. Space TV
8. ATV
9. Xəzər TV
10. TRT1

Qərara əsasən, regional televiziya proqramları isə ayrı-ayrı paketlərdə qruplaşdırılaraq yayımlanacaq. Belə ki, Gəncə–Tovuz zonası üçün olan paketdə Kəpəz TV, Türkel TV, Alternativ TV, Quba-Xaçmaz zonası üçün olan paketdə Region TV, Qütb TV, Xəyal TV, Mingəçevir, Şəki, Yevlax və Zaqatala rayonları üçün olan paketdə Mingəçevir TV, Kanal S, El TV, Aygün TV yayımlanacaq. Cənub TV və Dünya TV-nin isə heç bir paketə daxil edilmədən yayımlanması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR