Bank Of Baku

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi xidmətlərin tam çeşidini elektronlaşdırır

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi xidmətlərin tam çeşidini elektronlaşdırır
# 23 dekabr 2011 14:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin yanvar ayından etibarən Bakı şəhərinin əhalisi stasionar telefon xətlərinin çəkilişini elektron qaydada sifariş edə biləcək. «APA-Economics»in məlumatına görə, bunu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktoru Beytulla Hüseynov bildirib.

Onun sözlərinə görə, elektron xidmətlərlə bağlı bu il Bakı şəhərində stasionar telefondan danışıq üzrə ödəmələr, genişzolaqlı internet abunəçilərinin sənədləşməsi və qeydiyyatı elektron şəkildə aparılır: «Gələn ildən stasionar telefon xətlərinin çəkilişi, servisin göstərilməsi, açılıb-bağlanması, nömrənin dəyişdirilməsi də elektron şəkildə həyata keçiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR