Bank Of Baku

TRACECA-nın Azərbaycan hissəsində yükdaşıma və sərnişindaşımanın həcmi artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşıma və sərnişindaşımanın həcmi artıb
# 24 dekabr 2011 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisində 44,6 mln. ton yük və 200,3 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bu dəhliz vasitəsilə yükdaşımanın həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,2%, sərnişindaşımanın həcmi isə 8% artıb.

Yüklərin 43,4%-i avtomobil, 37,3%-i dəmir yolu, 19,3%-i dəniz nəqliyyatının payına düşüb, daşımaların həcmi dəniz nəqliyyatında 15,9%, avtomobil nəqliyyatında isə 7,6% artımla qeydə alınıb.

Yük daşımaları fəaliyyətindən 301,3 mln. manat, sərnişin daşınmasından isə 62,2 mln. manat gəlir əldə olunub və bu göstəricilər ötən ilin ilk on ayıv ilə müqayisədə müvafiq olaraq 13,8% və 21,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR