Bank Of Baku

İraq Azərbaycanın İKT sektoruna investisiya yatırmaq niyyətindədir

İraq Azərbaycanın İKT sektoruna investisiya yatırmaq niyyətindədir
# 26 dekabr 2011 09:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İraqın xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanda İKT sektorunda həyata keçirilən işlər barədə geniş məlumat verilib, İKT sahəsində qarşılıqlı təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.

Azərbaycanla İraq arasında münasibətlərdən danışan Ə.Abbasov bildirib ki, ikitərəfli diplomatik münasibətlər bir çox sahələrdə, o cümlədən rabitə sahəsində əməkdaşlıq əlaqələrinin formalaşmasına şərait yaradıb. Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu, hazırda ticari-iqtisadi, elmi, texniki və mədəni sahələrdə qarşılıqlı əməkdaşlığın uğurla davam etdirildiyi vurğulanıb. Ə.Abbasov perspektivdə İKT sahəsində də əlaqələrin genişləndirilməsinin məqsədəuyğun olduğunu söyləyib.

H.Zebari İraqın Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib, İraq şirkətlərinin Azərbaycanda bir çox sahələrə, o cümlədən İKT sektoruna investisiya yatırmaq imkanı olduğunu deyib. Görüşdə İKT sektorunda əlaqələrin inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR