Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşıma 10%, sərnişindaşıma isə 9% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşıma 10%, sərnişindaşıma isə 9% artıb
# 26 dekabr 2011 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 100,4 mln. ton yük və 1,2 mlrd. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin ilk 11 ayı ilə müqayisədə avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 9,8%, sərnişindaşımaların həcmi isə 8,6% artıb.

Sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Hesabat dövründə ötən ilin yanvar-noyabr aylarına nisbətən sözügedən nəqliyyat ilə yük dövriyyəsi 8,9%, sərnişin dövriyyəsi isə 9,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR