Bank Of Baku

Gürcüstanda aviaşirkətlərin sayı 2,5 dəfə azalıb

Gürcüstanda aviaşirkətlərin sayı 2,5 dəfə azalıb
# 26 dekabr 2011 12:58 (UTC +04:00)
Bakı - APA-Economics. Gürcüstanda aviaşirkətlərin sayı 2011-ci ildə 2,5 dəfə azalaraq, 24-dən 10-a enib. “APA-Economics”in “Business Qruziya”ya istinadən xəbərinə görə, bu barədə iqtisadiyyat və dayanıqlı inkişaf naziri Vera Kobaliya bildirib.

Onun sözlərinə görə, eyni zamanda Gürcüstan aviaşirkətlərinə məxsus təyyarələrin də sayı azalaraq, 79-dan 44-ə düşüb: “İxtisarlar beynəlxalq aviasiya standartlarına uyğunluq yoxlamaları ilə əlaqədardır. Hökumət təkcə aviadaşıyıcı şirkətləri deyil, həm də personalı, mülki aeroportları və aviasiya müəssisələrini yoxlayıb”.

Qeyd edək ki, ötən ilin sonunda Gürcüstan Avropa Birliyinə (AB) daxil olan 27 ölkə ilə saziş imzalayaraq, vahid Avropa hava məkanına daxil olub. Saziş istehlakçıların müdafiəsi, aviasiya təhlükəsizliyi, rəqabət və hava məlumatının idarə edilməsi kimi məsələlərdə rəsmi Tiflisin üzərinə qanunvericiliyi AB standartlarına uyğunlaşdırmaq öhdəliyi qoyub. Eyni zamanda Gürcüstan təyyarələrinin AB ölkələrinə uçuşlarına qoyulan məhdudiyyətlər götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR