Bank Of Baku

Noyabrda Bakı metrosunda sərnişindaşıma 4% azalıb

Noyabrda Bakı metrosunda sərnişindaşıma 4% azalıb
# 26 dekabr 2011 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayı ərzində Bakı Metropolitenindən 16,2 mln. sərnişin yararlanıb ki, əvvəlki aya nisbətən metrodan istifadə edən sərnişinlərin sayı 3,6% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında metrodan 165,4 mln. nəfər yararlanıb, bu isə ötən ilin analoji dövrünə nisbətən 0,7% çoxdur.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR