Bank Of Baku

«Bakcell» və RIM yeni «BlackBerry» məhsullarını təqdim edib

«Bakcell» və RIM yeni «BlackBerry» məhsullarını təqdim edib
# 26 dekabr 2011 14:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti «Research in Motion» (RIM) şirkəti ilə birgə yeni «BlackBerry» məhsullarını təqdim edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu məhsullar «BlackBerry» cihazlarından istifadə edən bütün «Bakcell» abunəçiləri («Cin», «Klass» və «Gold») üçün nəzərdə tutulub. Yeni təklif Azərbaycanın mobil telekommunikasiya bazarında ilk dəfə olaraq abunəçilərə «BlackBerry» xidmətlərinin geniş çeşidindən çox sərfəli qiymətə yararlanmaq imkanını verir.

«Hazırda minlərlə «Bakcell» abunəçisi «BlackBerry» xidmətlərindən istifadə edir və bu rəqəm gündən-günə artmaqdadır. «Bakcell» abunəçiləri arasında «BlackBerry» smartfonlarına artan tələbi nəzərə alaraq, biz böyük məmnuniyyətlə Azərbaycanda ilk dəfə olaraq cəlbedici qiymətlərlə «BlackBerry Social» və «Blackberry Complete» xidmətlərini təqdim edirik», - deyə «Bakcell»in baş icraçı direktoru Riçard Şirer bildirib.

«Social 7» və «Social 30» paketləri üçün «Bakcell» abunəçiləri müvafiq olaraq 7 gün üçün 3,33 manat və 30 gün üçün 9,99 manat ödəməklə limitsiz internet trafikindən yararlana biləcək. «BlackBerry Complete» pakentindən istifadə etmək istəyən abunəçilərə isə «Bakcell» 13,99 manata 30 günlük paket təklif edir.

Yeni paketləri aktivləşdirmək üçün 7887 nömrəsinə SMS göndərmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR