Bank Of Baku

Bakı qəsəbələrində internet xidmət tutumu artırılıb

Bakı qəsəbələrində internet xidmət tutumu artırılıb
# 27 dekabr 2011 13:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakıda və ətraf kənd, qəsəbələrdə genişzolaqlı internetə olan tələbatın ödənilməsi məqsədilə hazırlanmış geniş tədbirlər planının icrası davam etdirilir.

Rabitə və İnformasiya Texnologiyalarının Bakı Telefon Rabitə İstehsalat Birliyindən (BTRİB) «APA-Economics»ə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Maştağa qəsəbəsində internet xidmət tutumu 100 port, Bakıxanov qəsəbəsində 600 port, Nardaran qəsəbəsində isə 60 port artırılıb.

Qeyd edək ki, BTRİB tərəfindən Bakıətrafı qəsəbələrdə elektron ATS-lərin NGN texnologiyası əsasında tamamilə yenidən qurulması abunəçilərə bütün multimedia xidmətlərindən istifadə üçün şərait yaradacaq. Buna paralel olaraq BTRİB elektron ATS-lərdə ADSL portları qurmaqla tələbatı ödəməkdə israrlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR