Bank Of Baku

«Samsung Galaxy S III» smartfonunun istehsalına başlanılır

«Samsung Galaxy S III» smartfonunun istehsalına başlanılır
# 27 dekabr 2011 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Cənubi Koreyanın «Samsung Electronics» şirkəti «Galaxy S III» smartfonunu istehsal edib.

«APA-Economics»in məlumatına görə, dördnüvəli prosessorla təchiz edilmiş «Galaxy S III» smartfonu 2012-ci ilin fevral ayında «Mobile World Congress-2012» (MWC) sərgisində təqdim ediləcək.

Yeni model 4,6 və ya 4,7 düymlü 1 280x720 piksel kəskinlikli «Super AMOLED Plus» ekranı, 10 və ya 12 meqapiksel kamera, 1,5 QB və ya 2 QB əməli yaddaşla təchiz ediləcək. Əməliyyat sistemi kimi isə «Android 4.0» quraşdırılacaq.

Qeyd edək ki, hazırda dünyanın smartfon bazarında «Samsung Galaxy S II» smartfonu aparıcı modellərdən sayılır və bu telefon «Apple» şirkətinin istehsal etdiyi «iPhone 4S» smartfonu ilə rəqabət aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR