Bank Of Baku

Azərbaycanda internet tarifləri 11% azalıb

Azərbaycanda internet tarifləri 11% azalıb
# 28 dekabr 2011 08:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın telekommunikasiya sahəsində tariflər əvvəlki aya nisbətən 1,3% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında mobil rabitə xidmətləri üzrə tariflər oktyabr ayına nisbətən 1,8% aşağı düşüb.

Cari ilin əvvəlindən noyabr ayınadək mobil rabitə xidmətləri üzrə tariflər 5,4%, internet xidmətləri üzrə 11,3%, stasionar telefon rabitə xidmətləri üzrə 1,2%, universal rabitə xidmətləri üzrə isə 1,2% azalıb.

Qeyd edək ki, noyabr ayında ölkənin telekommunikasiya sahəsində oktyabr ayı ilə müqayisədə qiymət artımı (0,4%) poçt rabitə xidmətlərinin göstərilməsi üzrə qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR