Bank Of Baku

«Nar Mobile» şirkəti «Xoş Saatlar» kampaniyasını yeniləyib

«Nar Mobile» şirkəti «Xoş Saatlar» kampaniyasını yeniləyib
# 28 dekabr 2011 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) «Xoş Saatlar» kampaniyasını yeniləyib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, abunəçilər özlərinə uyğun 4 paketdən birini seçib, bütün «Nar Mobile» abunəçiləri ilə istədiyi qədər danışa biləcək.

Aylıq paket çərçivəsində bir ay limitsiz şəbəkədaxili zənglərlə yanaşı, abunəçiyə şəbəkəxarici 30 dəqiqə danışıq vaxtı və şəbəkədaxili 30 SMS təqdim olunur.

Paketlərin qüvvədə olduğu müddəti və bonus qalığını öyrənmək üçün *777#4#YES şifrəsini yığmaq lazımdır.

«Xoş saatlar» paketlərinə «Unikal», «Limitsiz Şəbəkədaxili» və «CavanNar» tarifləri istisna olmaqla, digər öncədən ödənişli tariflərin abunəçiləri qoşula bilər.

Xoş saatlar paketinin qiymət cədvəli:

Paket

Paketin qiyməti

İstifadə müddəti

Paketi aktivləşdirmək üsulları

Saatlıq

0.50 AZN

60 dəqiqə

Saat     yaz 777-yə göndər

Günlük

2 AZN

24 saat

Gun     yaz 777-yə göndər

Həftəlik

5 AZN

7 gün

Hefte   yaz 777-yə göndər

Aylıq

10 AZN

30 gün

Ay       yaz 777-yə göndər

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR