Bank Of Baku

Bakıda Azərbaycan və Qətər mülki aviasiya nümayəndələri arasında görüş keçirilib

Bakıda Azərbaycan və Qətər mülki aviasiya nümayəndələri arasında görüş keçirilib
# 28 dekabr 2011 15:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Qatar Airways» şirkəti tərəfindən Doha-Bakı marşrutu üzrə müntəzəm aviareyslərin planlaşdırılması ilə əlaqədar və Qətər tərəfinin təklifi ilə Bakıda Azərbaycan və Qətər mülki aviasiya nümayəndə heyətləri arasında görüş keçirilib.

Azərbaycan Mülki Aviasiya Administrasiyasından «APA-Economics»ə verilən məlumata görə, görüşdə Doha-Bakı müntəzəm hava əlaqəsinin qurulması məsələsi, həmçinin mülki aviasiya sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşün nəticələri üzrə Azərbaycan və Qətər aviaşirkətlərinin birgə əməkdaşlığı üçün əlavə imkanlar açan Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Azərbaycan tərəfi qüvvədə olan «Hava əlaqəsi haqqında Saziş»ə dəyişikliklərin edilməsi ilə bağlı bir sıra təklifləri baxılmaq üçün qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR