Bank Of Baku

Abşeronun su-kanalizasiya sisteminin yenidən qurulması planı hazırlanır

Abşeronun su-kanalizasiya sisteminin yenidən qurulması planı hazırlanır
# 28 dekabr 2011 15:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Abşeron yarımadasının su-kanalizasiya və yağış sularının idarə edilməsi sisteminin yaradılması üzrə master-planın hazırlanmasına başlanıb. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, «Azərsu» bu işlərin həyata keçirilməsi üçün Türkiyənin 3 şirkətinin yaratdığı konsorsiumla müqavilə bağlayıb. «Master plan» həm su infrastrukturunun, həm kanalizasiya sisteminin, həm də yağış sularının idarə olunması sisteminin yaradılmasını əhatə edir.

Q.Hüseynov bildirib ki, sənəd 18 hissədən ibarətdir və su təsərrüfatında görüləcək işlərin bütün hissələrini əhatə edir: “Bura 2035-ci ilədək Abşeron yarımadasının su-kanalizasiya və yağış sularının idarə olunması sisteminin kompleks planlanması, eyni zamanda coğrafi informasiya sistemlərinin (SKADA) qurulması, idarəetmə strukturunun yaradılması, kadr hazırlıqları, istehlakçılarla işlərin qurulması və s. aiddir». Bu sənədin hazırlanması üçün 18 ay vaxt nəzərdə tutulub. Təsdiqləndikdən sonra həmin planın yerinə yetirilməsinə başlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR