Bank Of Baku

Bakı Metropoliteninin stansiyalarında «SOS» aparatları quraşdırılıb

Bakı Metropoliteninin stansiyalarında «SOS» aparatları quraşdırılıb
# 29 dekabr 2011 09:36 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, stansiyalarda «SOS» aparatları quraşdırılıb.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın sözlərinə görə, yeni aparat ilk növbədə sərnişinlərin və metrodan istifadə edənlərin təhlükəsizliyinin qorunması məqsədi daşıyır. Belə ki, metropolitendə hansısa mənfi hallar, təhlükəli vəziyyətlə rastlaşanda və ya təhlükəli hadisə baş verərsə, istənilən şəxs aparata yaxınlaşaraq dəstəyi götürüb dispetçerə bu barədə məlumat verə bilər. Bu zaman məlumat verənin həm şəkli, həm də səsi qeydə alınır. Bu aparat vasitəsilə cinayət hadisəsi və ya cinayətkarlar barədə də məlumat vermək mümkündür. Bundan sonra həmin məlumat barədə tədbirlərin görülməsinə başlanır.

Eyni zamanda aparatlar həm də məlumat informasiya mənbəyi rolunu da oynayacaq: «Metropoliten, hərəkət marşrutu və s. barədə məlumat almaq istəyən şəxs bu barədə dəstəyi götürərək sual verə bilər və dispetçerlər ona bu barədə məlumat verəcəklər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR