Bank Of Baku

Azərbaycanın bölgələrində ADSL avadanlığının montaj tutumu 100 min ədədə çatdırılıb

Azərbaycanın bölgələrində ADSL avadanlığının montaj tutumu 100 min ədədə çatdırılıb
# 29 dekabr 2011 12:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərbaycanın regionlarında genişzolaqlı internet xidmətinin 2011-2013-cü illər üzrə İnkişaf Konsepsiyası»na uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi tərəfindən tender keçirilib, alınmış ADSL və digər şəbəkə avadanlıqları bir sıra bölgə mərkəzlərində eyni zamanda 236 kəndə quraşdırılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində «Aztelekom.net» provayderinin ölkənin rayon və kəndlərində hazırda 20 min sürətli internet istifadəçisi mövcuddur ki, ucqar kəndləri nəzərə almaqla bu günlərdə daha 30 min abunəçi üçün genişzolaqlı internet xidmətindən istifadə imkanı yaradılıb.

«Bununla yanaşı, bir sıra özəl provayderlər bölgələrdə fəaliyyət göstərir və onların şəbəkəsinə 30 min abunəçi qoşulub, əlavə 20 min abunəçinin qoşulmasına şərait yaradılıb. Beləliklə, konsepsiyaya uyğun olaraq, bölgələrdəki ADSL avadanlığının montaj tutumu 100 min ədəddir», - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, «Aztelekom» İstehsalat Birliyi Azərbaycanda sabit rabitə şəbəkəsinin ən böyük milli operatorudur. Birliyin xidmət sahəsinə Naxçıvan MR və Bakı şəhəri istisna olmaqla, ölkənin bütün lokal telefon şəbəkəsi, beynəlxalq stansiya, sinxron-rəqəm iyerarxiyalı lifli-optik magistral şəbəkə, məlumatların ötürülməsi şəbəkəsi, CDMA şəbəkəsi ilə yanaşı, internet-provayder şəbəkəsi də aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR