Bank Of Baku

«İçərişəhər»də həyata keçirilən «Çeşidlə və kömək et» aksiyası başa çatıb

«İçərişəhər»də həyata keçirilən «Çeşidlə və kömək et» aksiyası başa çatıb
# 29 dekabr 2011 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC tərəfindən «İçərişəhər» ərazisində 5 ay ərzində həyata keçirilən «Çeşidlə və kömək et» aksiyası başa çatıb.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «İçərişəhər» Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi və «Təmiz Şəhər» tərəfindən birgə həyata keçirilən tullantıların evlərdə çeşidlənməsi layihəsi çərçivəsində təşkil olunan bu aksiyanın məqsədi «İçərişəhər» sakinlərini tullantılarla düzgün rəftara çağırmaq, onları məişət tullantılarının çeşidlənməsi prosesinin faydalı tərəfləri haqqında məlumatlandırmaq və bu prosesə sakinləri stimullaşdırmaq idi.

«Çeşidlə və kömək et» aksiyasının şərtlərinə əsasən, sakinlər evlərində toplanan tullantıları qida və qeyri-qida növləri üzrə çeşidləyərək Qoruq ərazisində yerləşdirilmiş xüsusi yaşıl və göy konteynerlərə atmalı idilər. Daha çox tullantıların çeşidlənmiş şəkildə atılması və təkrar emal edilməsi nəticəsində əldə olunan gəlir sayəsində sosial rifahı aşağı olan iki «İçərişəhər» sakininə kömək etmək imkanının yaradılması planı sakinlərin çeşidləmə prosesində daha fəal iştirakını təmin edib.

Cari ilin iyul ayından etibarən həyata keçirilən aksiya uğurla başa çatdırılıb və tullantıların emalından əldə olunan gəlirlər 2 sakinə yardım edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR