Bank Of Baku

«Flydubai» aviaşirkətinin rəhbəri: “Uçuş qiymətlərini minimal həddə azaltmaq üçün əlimizdən gələni edəcəyik”

«Flydubai» aviaşirkətinin rəhbəri: “Uçuş qiymətlərini minimal həddə azaltmaq üçün əlimizdən gələni edəcəyik”
# 30 dekabr 2011 12:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti aviaparkını genişləndirir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, aviaşirkət 2011-ci ildə 10-cu təyyarəsini, fəaliyyətə başladığı gündən isə (2009-cu il) sayca 21-ci təyyarəsini alıb. «Flydubai»ın əldə etdiyi yeni «Boeing 737-800 NG» öz sırası üzrə sayca 7 mininci avialaynerdir.

«Biz müştərilərimizə söz veririk ki, uçuş qiymətlərinin minimal həddə azaldılması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu yolda bizə qənaətcillikdən savayı, yüksək səviyyəli komfort və təhlükəsizliyi ilə seçilən «Boeing 737-800 NG» təyyarələri kömək edir. Müasir yanaşma sərnişinlərin komfortunu artırır, əməliyyat xərclərini isə tam təhlükəsizlik fonunda azaldır. Səyahətlər üçün «Flydubai» aviaşirkətini seçən sərnişinlər əmindirlər ki, yeni, komfortlu və təhlükəsiz təyyarədə uçacaqlar. Biz xərclərə qənaət edirik, keyfiyyətə yox», - deyə aviaşirkətin rəhbəri Qeyt əl-Qeyt bildirib.

Qeyd edək ki, şirkətin aldığı yeni təyyarə donanmada ilk olaraq yeni «Zonal Drying» sistemi ilə təchiz edilib. Sistem uçuş zamanı havanın kondensasiyasını il ərzində 200 kiloqram azaldır. Bu isə yanacaq sərfiyyatının və karbon qazının tullantılarının azaldılmasını təmin edir, həmçinin təyyarənin gövdəsində olan güc elementlərinin korroziyaya uğramaq riskini aşağı salır. Bundan öncə «Flydubai» 31 dəst «Zonal Drying» sistemi sifariş edib ki, onlar 2011-ci ilin sonundan etibarən 2016-cı ilədək aviaşirkətin təyyarələrində quraşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR