Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilib

İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilib
# 30 dekabr 2011 16:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən nazir Şahin Mustafayev 2011-ci ildə əldə edilmiş nailiyyətlərdən danışıb. Ş. Mustafayev bildirib ki, 2011-ci ildə makroiqtisadi sabitlik qorunub saxlanılıb, ölkə iqtisadiyyatının diversifikasiyası daha da genişləndirilib. Sənayeləşmə siyasəti və dövlət proqramlarının icrası uğurla davam etdirilib, sahibkarlığın inkişafına dövlət dəstəyi gücləndirilib.

Nazir həmçinin əlavə edib ki, 2011-ci ildə ümumi daxili məhsul (ÜDM) artıb, qeyri-neft sektorunda 9,5%-lik artıma nail olunub. Dünyanın bir sıra ölkələrində, xüsusilə avrozonada iqtisadiyyatda qeyri-sabitlik olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edib. 2011-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 47,3%-ə yüksəlib.2011-ci ilin 11 ayında əsas kapitala 10 mlrd. manat investisiya yönəldilib ki, bu sərmayələrin 73,6%-i qeyri-neft sektorunun payına düşüb. Prezidenti İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının və Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı bu günlərdə imzaladığı sənədlər sənayenin inkişafına, sahibkarlığın daha da genişlənməsinə təkan verəcək.

İclasda İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri 2011-ci ildə görülmüş işlər barədə hesabat veriblər.

İclasın yekununda növbəti illər üçün qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verilib.

İclasda həmçinin, İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının 2012-ci il üçün Tədbirlər Planı təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR