Bank Of Baku

AZAL Bakı-London aviareysinə biletləri ucuzlaşdırıb

AZAL Bakı-London aviareysinə biletləri ucuzlaşdırıb
# 04 yanvar 2012 10:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-London aviareysinə biletləri ucuzlaşdırıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, AZAL-ın keçirdiyi aksiya çərçivəsində Bakı-London-Bakı istiqamətində bir aviabiletin minimal qiyməti təxminən 17% ucuzlaşıb. Əgər bundan öncə sözügedən marşrut üzrə bir biletin minimal qiyməti 540 manat təşkil edirdisə, hazırda Bakı-London-Bakı aviareysinə aviabiletin qiyməti 450 manata endirilib: «Qiymətə bütün hava limanı və digər yığımlar daxildir. Bu aksiya cari ilin mayın 15-dək olan uçuşlara şamil edilir».

Qeyd edək ki, AZAL Bakıdan Londona uçuşları hər həftənin II, IV və VI günləri yerinə yetirir.

Xatırladaq ki, bundan öncə Bakı-London marşrutu üzrə uçuşları yerinə yetirən Böyük Britaniyanın «British Midland International» (BMI) aviaşirkəti də sözügedən istiqamətə aviabiletin qiymətlərini aşağı salıb. Belə ki, BMI Bakı-London-Bakı aviareysinə bir biletin qiymətini əvvəllər 1 100 manata satırdısa, hazırda bu marşrut üzrə aviabiletin qiyməti 523 manat təşkil edir. Endirimli aviabiletlər 2012-ci ilin yanvarın 31-dək alınmalı, uçuşlar isə may ayının 31-dək yerinə yetirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR