Bank Of Baku

Ötən il internetdə ən çox baxılan saytlar «Google» və «Facebook» olub

Ötən il internetdə ən çox baxılan saytlar «Google» və «Facebook» olub
# 04 yanvar 2012 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində internet məkanında ən çox baxılan «Google» axtarış sistemi və «Facebook» sosial şəbəkəsi veb-saytları olub. «APA-Economics»in məlumatına görə, bu barədə «Nielsen» şirkətinin yeni hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, «Google» saytına 2011-ci ildə hər ay dünya üzrə orta hesabla 153 mln. nəfər baxıb ki, bu da ən yüksək göstəricidir.

«Facebook» isə ayda 137,6 mln. baxış sayı ilə ikinci yerdədir. «Facebook» sosial şəbəkələr kateqoriyasında «Blogger» və «Twitter» kimi yaxın rəqiblərini xeyli üstələyərək mütləq lider olub.

Daha çox baxılan internet saytlar siyahısında üçüncü yerdə «Yahoo», dördüncüdə isə «Microsoft» şirkətlərinin saytları qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR