Bank Of Baku

Naxçıvanda yeni rabitə obyektləri istifadəyə verilib

Naxçıvanda yeni rabitə obyektləri istifadəyə verilib
# 05 yanvar 2012 10:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Naxçıvan Muxtar Respublikasında bir sıra rabitə obyekti istifadəyə verilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Şərur rayonunun Düdəngə kəndində istifadəyə verilən yeni kənd mərkəzində Rabitə evi üçün quraşdırılan 600 nömrəlik elektron ATS Düdəngə və Zeyvə kəndlərində 592 abonentə xidmət göstərir.

Yeni elektron ATS-in istifadəyə verilməsi kənd sakinlərinin multimedia xidmətlərindən istifadəsinə də şərait yaradacaq. Düdəngə kəndində əvvəllər ayrıca poçt bölməsi olmadığından, sakinlər Zeyvə kəndinin poçt bölməsindən istifadə edirdi: «Artıq kənd sakinləri bu gündən etibarən öz poçt bölmələrinin xidmətlərindən istifadə edə biləcək. Poçt bölməsində də işin ahəngdar qurulması üçün hər cür şərait yaradılıb, lazımi avadanlıqlar və reklam lövhələri ilə təchiz edilib».

Bundan başqa, yeni istifadəyə verilən Külüs kənd mərkəzində Rabitə evi üçün də iş otaqları ayrılıb. Burada quraşdırılan 384 nömrəlik elektron ATS 180 abonentə xidmət göstərir.

Qeyd edək ki, poçt bölmələrində məktub və banderolların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, teleqramların qəbulu və göndərilməsi, faks xidməti, müxtəlif növ danışıq və internet kartlarının satışı həyata keçiriləcək. Poçt bölmələrində sakinlərə gələcəkdə bank xidməti də göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR