Bank Of Baku

“Yahoo!” şirkətinin yeni rəhbərinin adı açıqlanıb

“Yahoo!” şirkətinin yeni rəhbərinin adı açıqlanıb
# 05 yanvar 2012 11:03 (UTC +04:00)
Bakı - APA-Economics. “Yahoo!” internet şirkətinin yeni rəhbərinin adı açıqlanıb. “APA-Economics”in xəbərinə görə, bu, “PayPal” ödəniş sisteminin sabiq rəhbəri Skott Tompsondur.

S.Tompson “eBay” internet auksionunun bu nəhəng ödəniş şirkətinə 2008-2011-ci illərdə rəhbərlik edib. Onun rəhbərliyi dövründə “PayPal” dünyanın ən populyar ödəniş sistemlərindən birinə çevrilib, istifadəçilərinin sayı isə iki dəfə artıb.

Yeni vəzifəsində S.Tompson Kerol Batsı əvəzləyib. O, şirkətin direktoru səlahiyyətlərinin icrasına yanvarın 9-da başalayacaq.

Qeyd edək ki, əsası 1994-cü ildə qoyulan “Yahoo!” şirkətinin mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Sanniveyl şəhərində yerləşir. Populyar axtarış sisteminə malik şirkət internet-xidmətlərin geniş spektrini təqdim edir ki, bunları da 500 mln. nəfərdən artıq istifadəçi ziyarət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR