Bank Of Baku

Kür çayı üzərindəki avtomobil körpüsü fevralın sonunadək bağlanır

Kür çayı üzərindəki avtomobil körpüsü fevralın sonunadək bağlanır
# 05 yanvar 2012 12:59 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Nəqliyyat Nazirliyi bununla bağlı xəbərdarlıq yayıb.

Təmir işlərinin 40 gün davam edəcəyini bildirən Nazirlik sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edib.

Nazirliyin məlumatına görə, ötən əsrin 60-cı illərin əvvəllərində istifadəyə verilən bu körpü bir neçə dəfə uçmaq təhlükəsi ilə üzləşib. Son vaxtlar avtomobillərin intensiv hərəkəti və iri tonnajlı avtonəqliyyat vasitələrinin ardıcıl və dinamik zərbələri körpünü qəzalı vəziyyətə gətirib, bu istiqamətdə hərəkət edən sürücü və sərnişinlərin həyatı üçün ciddi təhlükə yaranıb. Bunu nəzərə alaraq Nəqliyyat Nazirliyi həmin istiqamətdə avtomobillərin hərəkətinin 2012-ci il 6 yanvar tarixindən etibarən tamamilə dayandırılmasına qərara verib.

Körpünü müasir tələblərə uyğun və istismara yararlı vəziyyətə gətirilməsi üçün ərazidə 40 gün müddətində əsaslı təmir-tikinti işləri aparılacaq. «Həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitəsi sahiblərindən və ümumiyyətlə, vətəndaşlardan xahiş olunur ki, alternativ yol kimi Salyan-Noxudlu, Sabirabad-Padar və digər istiqamətlərdəki yollardan istifadə etsinlər», - deyə Nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR