Bank Of Baku

Yanvarın sonunadək Bakı-Böyük Kəsik dəmir yolunun daha 11 km hissəsi təmir olunacaq

Yanvarın sonunadək Bakı-Böyük Kəsik dəmir yolunun daha 11 km hissəsi təmir olunacaq
# 06 yanvar 2012 09:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərbaycan Dəmir Yolları» QSC «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km-lik yolun əsaslı təmirini davam etdirir.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, yanvarın 7-də Biləcəri-Heybət mənzilində 1250 metr yol əsaslı təmir olunacaq. Biləcəri-Heybət mənzilinin 528-518-ci kilometrində start götürəcək təmir işləri, günaşırı olmaqla, yanvarın sonunda başa çatacaq və 11 km yol əsaslı təmir olunacaq.

Qeyd edək ki, təmir işləri Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi Layihəsi» çərçivəsində Çexiya «Eximbank»ının 215 mln. avro məbləğində ayırdığı kredit hesabına həyata keçirilir. Təmir işləri 2011-ci ilin iyunundan başlanıb və indiyədək 40,1 km yol əsaslı təmir olunub.

Yolların əsaslı təmiri prosesini Çexiya bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR