Bank Of Baku

Yaxın 3 ildə dünyada genişzolaqlı internet istifadəçilərinin sayı 60% artacaq

Yaxın 3 ildə dünyada genişzolaqlı internet istifadəçilərinin sayı 60% artacaq
# 06 yanvar 2012 10:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyada 2015-ci ilədək genişzolaqlı internet istifadəçilərinin ümumi sayı indiki dövrlə müqayisədə 58% və ya 350 mln. artaraq 949 mln. abunəçiyə çatacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu «iSuppli» şirkətinin analitikləri proqnozlaşdırır.

Proqnozlara görə, əsas artımı Çin və inkişaf etməkdə olan digər ölkələr təmin edəcək. Bundan başqa, 2015-ci ilədək Şərqi Avropa, Afrika və Yaxın Şərqdə genişzolaqlı internetdən istifadə edənlərin sayı da xeyli artacaq.

Şirkətin ekspertləri güman edirlər ki, 2012-ci ilin sonuna sürətli internet abunəçilərinin sayı 676 mln-a çatacaq. Bu da 2011-ci ildəki göstəricidən 13% çoxdur.

Ötən il ümumi artım həcminin çox hissəsi (38%-i) Çinin payına düşüb. Eyni zamanda, Hindistan və İndoneziyada da genişzolaqlı internetə tələbatın artması müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR