Bank Of Baku

“Samsung” rekord həcmdə xalis mənfəət əldə edib

“Samsung” rekord həcmdə xalis mənfəət əldə edib
# 06 yanvar 2012 10:40 (UTC +04:00)
Bakı - APA-Economics. Asiyanın ən böyük məişət elektronikası istehsalçısı olan “Samsung Electronics Co.” şirkəti ötən ilin IV rübündə rekord həcmdə xalis mənfəət əldə edib.

APA-Economics”in xəbərinə görə, bu, smartfonların satışının kəskin artması nəticəsində baş verib.

İlkin hesablamalara görə, 2011-ci ilin oktyabr-dekabr aylarında şirkətin əməliyyat mənfəəti 5 trln. von (4,3 mlrd. dollar və ya 3,5 mlrd. manat) təşkil edib. Bir il əvvəl bu göstərici 3,01 trln. von (2,1 mlrd. manat) olub.

“Samsung”un bundan əvvəlki rüblük mənfəət rekordu isə 2010-cu ilin II rübündə qeydə alınıb - 5,01 trln. von (3,6 mlrd. manat).

Ötən ilin son rübündə şirkətin gəliri 46-48 trln. von (32,2 mlrd. manat) olub. Bir il əvvəl bu göstərici 41,87 trln. von (29,3 mlrd. manat) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR