Bank Of Baku

Aeroport yolu birtərəfli bağlanıb

Aeroport yolu birtərəfli bağlanıb
# 06 yanvar 2012 10:45 (UTC +04:00)
«Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, yol təmiri işləri ilə əlaqədar olaraq Azadlıq meydanı-Zığ dairəsi-Hava limanı avtomobil yolunun Zığ dairəsi ilə aeroport arasındakı sahədə (yolun şəhər istiqamətinə gedən hissəsində) nəqliyyat vasitələrinin hərəkəti yanvarın 6-dan yanvarın 20-dək dayandırılır.

«Təmir işləri Zığ dairəsi ilə hava limanını birləşdirən beton yolda aparılır. Təmir işləri ilə əlaqədar olaraq hərəkət yolun şəhər istiqamətinə gedən hissəsində dayandırılıb. Yəni, həmin yolla şəhərdən hava limanına gəlmək əvvəlki kimi mümkündür», - deyə şirkətdən bildirilib.

«Azəryolservis» ASC sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR