Azərbaycan paytaxtının “Google” şəbəkəsində virtual saytı istifadəyə verilib
06 yanvar 2012 11:04 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq “Google map” üzərindən Bakının 3D formatda virtual gəzintisini reallaşdıran www.Baku3d.az saytı istifadəyə verilib.
“APA-Economics”in xəbərinə görə, saytın əsas məqsədi paytaxt Bakıda olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları, gözəllik salonları, avtosalonları, klinikaları, ticarət və əyləncə mərkəzlərini “3D” formatında birləşdirməkdir.
Dünyanın istənilən nöqtəsindən internet istifadəçiləri sayta daxil olmaqla Bakının virtual tur gəzintisi ilə tanış ola biləcəklər. Bu, öz növbəsində Azərbaycanda turizmin inkişafında xüsusi rol oynamasına imkan verəcək. Sayt kataloq xarakter daşıyır. Hazırda sayt rus dilində fəaliyyət göstərir, lakin yaxın zamanlarda Azərbaycan və ingilis dillərində də çalışacaq.
Saytın unikallığı ondan ibarətdir ki, internet istifadəçiləri “Google”nin xəritəsindən Bakının istənilən rayon və qəsəbəsini açıb, daha sonra həmin yerdə olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları və s. yerlərin 3D panoramasını görəcəklər.

İnfrastruktur
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib
17:19
3 may 2024
Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir! Bu kompleksin sakinləri üçün şad xəbər! - VİDEO
15:52
3 may 2024
Kəlbəcərdə velosiped yolları salınacaq
11:54
3 may 2024
Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilə qədər 17 min nəfərə çatacaq
11:52
3 may 2024