Bank Of Baku

® Azərbaycanda ilk “Maserati” sahibinə təqdim edilib – FOTOSESSİYA

<font color=red>® </font>Azərbaycanda ilk “Maserati” sahibinə təqdim edilib – <font color=red>FOTOSESSİYA </font>
# 06 yanvar 2012 11:09 (UTC +04:00)
Bakı - APA-Economics. “Crystal Motors” Servis Mərkəzində Azərbaycanda ilk “Maserati” avtomobilinin rəsmi sahibinə təqdimatının təntənəli mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, arabir qara korpusu ilə parıldayaraq italyan gözəli hesab edilən “Maserati Quattroporte” iki xanım modelin müşayiəti ilə həyətdə görünüb. Onlar bu eksklüziv avtomobilin xoşbəxt sahibinə hədiyyələr təqdim edib.

Tam ahəngli idman lüks klasslı sedan qırmızı lent ilə bağlanmış və qalın bantla bəzədilmişdi. Lenti kəsdikdən sonra avtomobilin sahibi qırmızı dərili salonda əyləşib, bu möhtəşəm avtonun sahiblik hüququna yiyələnib. Mərasim bayram atəşfəşanlığı ilə yekunlaşıb.

Bu cür Yeni il sürprizləri artıq “Crystal Motors” şirkətinin yaxşı Yeni il ənənəsinə çevrilib. Ötən ilin yanvar ayında şirkət Azərbaycanda “Jaguar” brendinin Britaniya nümayəndəliyini açıb. Yenicə başlayan 2012-ci ildə isə bir dəfəyə iki yeni İtaliya brendi ilə avtomobil həvəskarlarını sevindirib – “Crystal Motors” artıq rəsmi olaraq Azərbaycanda eksklüziv idman və biznes-klass “Maserati” avtomobillərinin və “Ducati” motosikllərinin istehsalçılarını təqdim edir. Bundan başqa, şirkət Britaniyanın avtomobil istehsal edən “Land Rover” şirkətinin maraqlarını bizim bazarda təmsil etməyə davam edir və bu yaxınlarda yenilənmiş “Range Rover Evoque” modelini avtohəvəskarların xidmətinə təqdim edib.

Sadalanmış bütün brendlərin avtomobilləri – “Maserati”, “Ducati”, “Jaguar”, “Land Rover”, “Rang Rover” - avtosevərlər Moskva prospekti, 75a ünvanında yerləşən “Crystal Motors” salonunda əldə edə bilərlər. Nadir diaqnostik avadanlıqlarla təchiz edilmiş müasir “Crystal Motors” Servis Mərkəzi isə avtomobil sahiblərini Babək prospekti, 74 ünvanında gözləyir.
Əlaqə telefonları: (99412) 430-85-55
www.landrover.az
www.maserati.az
www.jaguar.az
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR