Bank Of Baku

Azərbaycanda daha 16 standart təsdiq edilib

Azərbaycanda daha 16 standart təsdiq edilib
# 06 yanvar 2012 11:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 16 dövlət standartını təsdiq edib.

Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan Standartlar İnstitutu tərəfindən işlənmiş AZS 607-2011 «Dadverici-aromatik əlavələr və qida aromatizatorları», AZS 608-2011 «Ayaqqabı. Qüsurların termin və tərifləri», AZS 609-2011 «Neft məhsulları. Ultrabənövşəyi flüoressensiya», AZS 610-2011 «Maye neft məhsulları. Benzin. Benzolun miqdarının qaz xromatoqrafiya üsulu ilə təyini», AZS 611-2011 «Maye neft məhsulları. Atom-absorbsiya spektrometriya üsulu ilə qurğuşunun kiçik qatılıqlarının təyini», AZS 612-2011 «Maye neft məhsulları. Etilsiz benzin. Oksigenli üzvi birləşmələrin və üzvi əlaqəli oksigenin ümumi miqdarının oksigen üzrə alovlu ionizasiya detektorundan (O-FİD) istifadə edərək qaz xromotoqrafiya üsulu ilə təyini», AZS 613-2011 «Neft məhsulları. Distillat yanacaqlarının oksidləşmə stabilliyinin təyini», AZS 614-2011 «Neft məhsulları. Qaz turbinləri üçün yanacağın termooksidləşmə stabilliyinin təyin edilməsi. JFTOT metodu», AZS 615-2011 «Atmosfer havası. Politsiklik aromatik karbohidrogenlərin (qaz və bərk hissəciklər halında) ümumi miqdarının təyini. Nümunələrin süzgəc və sorbent üzərinə götürülərək xromoto-kütlə spektroskopiyası üsulu ilə analizi», AZS 619-2011 «Cəmdək, yarımcəmdək və dörddəbir cəmdək halında olan qaramal və dana əti», AZS 620-2011 «Kimyəvi liflər. Qüsurların termin və tərifləri» və AZS 622-2011 «Dağıtmayan nəzarət. Metalın maqnit yaddaşı metodu» dövlət standartları komitə tərəfindən təsdiq edilib.

Həmçinin AZS QOST R İSO/MGK 65-2011 «Məhsulların sertifikatlaşdırılması üzrə orqanlara ümumi tələblər», AZS QOST R İSO/MGK 17021-2011 «Uyğunluğun qiymətləndirilməsi. Audit və idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını keçirən orqanlara tələblər», AZS QOST R İSO 14001-2011 «Ətraf mühitin idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər» və AZS STB 18001-2011 «Əməyin mühafizəsinin idarəetmə sistemləri. Ümumi tələblər» adlı dövlət standartları da təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR