Bank Of Baku

Azərbaycan Sarayevoda körpü tikintisi üçün 409 min avro ayırıb

Azərbaycan Sarayevoda körpü tikintisi üçün 409 min avro ayırıb
# 06 yanvar 2012 12:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan hökuməti Bosniya və Herseqovinada «Dostluq Körpüsü»nün tikintisinə 408 564 avro (təxminən 522 min dollar) məbləğində vəsait ayırıb. «APA-Economics»in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti müvafiq sərəncam imzalayıb.

Nazirlər Kabinetinin sərəncamına əsasən, Bosniya və Herseqovinanın Sarayevo şəhərində Dobrinya çayı üzərində «Dostluq Körpüsü»nün tikintisi məqsədi ilə Azərbaycan Xarici İşlər Nazirliyinə 408 564 avro məbləğində vəsait ayrılıb. Bu vəsait 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılıb.

Sərəncamla Xarici İşlər Nazirliyinə bu işlər üzrə layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamaq hüququ verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR