Bank Of Baku

Ötən il 28 təyyarə qəzaya uğrayıb, nəticədə 521 nəfər həlak olub

Ötən il 28 təyyarə qəzaya uğrayıb, nəticədə 521 nəfər həlak olub
# 06 yanvar 2012 12:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ötən il 28 kommersiya təyyarəsi qəzaya uğrayıb ki, nəticədə təyyarələrin göyərtəsində olan 507 nəfər və yerdə daha 14 nəfər həlak olub.

Bütün bunlara baxmayaraq, ekspertlərin fikrincə, 2011-ci il dünya aviasiyası üçün ən uğurlu illərdən biri olub. Ötən il aviaqəza nəticəsində həlak olanların sayının az olmasına görə ikinci, aviaqəzaların sayı görə isə üçüncü ildir.

Maraqlı məqamlardan biri də odur ki, müasir mülki aviasiya tarixində 2011-ci ili insan tələfatının uzun müddət olmaması ili kimi qeyd etmək olar. Belə ki, məhz ötən il 79 gün ardıcıl aviaqəza nəticəsində heç bir insan tələfatı qeydə alınmayıb.

Qeyd edək ki, 2011-ci ildə ən ağır aviaqəza yanvarın 9-da qeydə alınıb. Həmin gün İranın «Iran Air» aviaşirkətinə məxsus «Boeing 727» təyyarəsi Urmiya (İran) şəhərinin aeroportuna enərkən qəzaya uğrayıb. Bu aviaqəza nəticəsində 77 nəfər insan həlak olub.

Xatırladaq ki, 2011-ci ildə 28 aviaqəzadan 6-sı Avropa Birliyinin «qara siyahı»sına daxil edilən aviaşirkətlərin təyyarələrinin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR