Bank Of Baku

Bu il «Arianespace» şirkəti kosmosa 13 raket buraxacaq

Bu il «Arianespace» şirkəti kosmosa 13 raket buraxacaq
# 06 yanvar 2012 14:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il Avropanın «Arianespace» kosmik-raket şirkəti 13 kosmik raket buraxacaq.

«APA-Economics»in məlumatına görə, eyni zamanda, şirkət ilk dəfə olaraq hər 3 kateqoriyadan ibarət raketlərin buraxılışını həyata keçirəcək. Cari ildə 7 «Ariane 5» ağır raketdaşıyıcısı, Rusiyanın orta kateqoriyaya aid 5 «Soyuz» raketdaşıyıcısı və Avropanın yeni - «Vega» yüngül raketdaşıyıcısının ilk startı olacaq. Orbitə startı nəzərdə tutulan buraxılışlar arasında martın 9-da Beynəlxalq Kosmik Stansiyaya çıxarılacaq Avropanın «Edoardo Amaldi» kosmik yük gəmisi də var.

Qeyd edək ki, 2010-cu ildə imzalanan müqaviləyə əsasən, «Arianespace» şirkəti 2012-ci ilin IV rübündə «Ariane-5ECA» raketdaşıyıcısı vasitəsilə Azərbaycanın ilk telekommunikasiya peykini də orbitə çıxaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR