Bank Of Baku

Bakı Ağ Şəhər layihəsi çərçivəsində ilk qurum qeydiyyatdan keçib

Bakı Ağ Şəhər layihəsi çərçivəsində ilk qurum qeydiyyatdan keçib
# 06 yanvar 2012 14:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda həyata keçirilən ən böyük tikinti layihələrindən biri olan Bakı Ağ Şəhər layihəsi üzrə ilk qurum dövlət qeydiyyatından keçib.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, dekabr ayında «Bakı Ağ Şəhər ofis binası» MMC qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 min manat olan «Bakı Ağ Şəhər ofis binası» MMC-nin hüquqi ünvanı paytaxtın Xətai rayonunda, təqribən layihənin həyata keçirildiyi ərazidə - Nobel pr-ti, S.Vəzirov, X.Rüstəmov və Turşu küçələrinin kəsişməsində yerləşir. MMC-nin təsisçiləri Sinqapurun «Union Grand Energy Pte. Ltd.» şirkəti və Azərbaycanın «ADEC» MMC-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR