Bank Of Baku

Bakı şəhərinin mərkəzinin su təminatında fasilələr olacaq

Bakı şəhərinin mərkəzinin su təminatında fasilələr olacaq
# 07 yanvar 2012 08:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bakı şəhərinin Dövlət Bayraq Meydanı ərazisində aparılan tikinti işləri ilə əlaqədar olaraq paytaxtın Səbail rayonunun bəzi hissələrində suyun verilməsində fasilələr yaranacaq. Bu barədə «APA-Economics»ə «Azərsu» ASC-dən bildirilib.

ASC-nin məlumatına görə, Dövlət Bayraq Meydanı ərazisində aparılan tikinti işləri ilə əlaqədar buradan keçən 500 mm-lik magistral su kəməri başqa əraziyə köçürülür. Bununla əlaqədar yanvarın 7-də Səbail rayonunun bəzi hissələrinə (Z.Əliyeva, Ü.Hacıbəyov küçələri, Neftçilər prospekti, Bayıl qəsəbəsi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR