Bank Of Baku

Azərbaycanda yeni telestansiya işə salınıb

Azərbaycanda yeni telestansiya işə salınıb
# 09 yanvar 2012 07:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəbhə bölgələrində rabitə və informasiya, o cümlədən televiziya yayımının yüksək keyfiyyətlə təmin olunması istiqamətində işləri davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Teleradio» İstehsalat Birliyi tərəfindən Ağdam, Bərdə və Tərtər bölgəsində, həmçinin Dağlıq Qarabağın şimal ərazilərində TV kanallarının yayımının daha keyfiyyətli təmin edilməsi məqsədilə tikilən yeni telestansiya tam gücü ilə işə salınıb.

Qeyd edək ki, yeni telestansiya Azərbaycan rabitəsinin işğaldan azad olunacaq torpaqlarda bərpası planının tərkib hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR