Bank Of Baku

Azərbaycan paytaxtına «London taksi»lərinin ikinci partiyasının gətirilməsi ləngiyir

Azərbaycan paytaxtına «London taksi»lərinin ikinci partiyasının gətirilməsi ləngiyir
# 09 yanvar 2012 11:32 (UTC +04:00)
«APA-Economics»in «BBC news»a istinadən məlumatına görə, «Manganese Bronze»nin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, şirkət 2011-ci ildə mənfəət əldə edə bilməyib və ola bilsin, 2012-ci il üzrə gözləntiləri də özünü doğrultmasın.

Şirkət bu vəziyyətin yaranmasında əsas səbəb kimi qlobal iqtisadi böhranı və Azərbaycana taksilərin göndərilməsinin ləngiməsini göstərib: «Britaniyadan sifarişlərin sayının azalması, eləcə də Azərbaycana taksilərin ikinci partiyasının göndərilməsinin ləngiməsi şirkətə ili mənfəətlə başa vurmağa imkan vermədi».

«Manganese Bronze»nin 2011-ci ildə əsas sifarişçisi Azərbaycan olub. Belə ki, ötən ilin martında Azərbaycana taksilərin göndərilməsi ilə bağlı 27 mln. ABŞ dolları (18 mln. funt sterlinq) məbləğində müqavilə imzalanıb. Amma şirkətin açıqlamasında taksilərin ikinci partiyasının Azərbaycana nə vaxt göndəriləcəyi bildirilmir.

Qeyd edək ki, «Manganese Bronze» və «Taxi Baku» şirkətləri arasında bağlanmış müqaviləyə görə, şirkət Azərbaycana 1000 ədəd «London taksi»si göndərməli idi. İndiyədək avtomobillərin 500 ədəddən ibarət birinci partiyası gətirilib.

«Manganese Bronze» ilə müqavilənin tərəfdaşı, Azərbaycanın «Taxi Baku» şirkətindən isə «London taksi»lərinin yeni partiyasının Azərbaycana yanvarın sonu-fevralın ortalarında gətiriləcəyi bildirilib. Şirkətin direktoru İlqar Qasımov «APA-Economics»ə deyib ki, artıq taksilərin yeni partiyası Çindən yola salınmağa hazırlanır: «500 avtomobil iki gəmi ilə gətiriləcək. İndi avtomobillərin gəmilərə yüklənməsi prosesi gedir».

İkinci partiyanın gətirilməsinin ləngidiyini təsdiqləyən direktor bunun «hər iki tərəfdə ortaya çıxan obyektiv və subyektiv səbəblərlə» bağlı olduğunu bildirib. Söhbət həm taksilərin alınması üçün bank kreditlərinin ayrılmasından, həm yeni taksilər üçün sürücülərin hazırlanmasından, həm də qarşı tərəfin problemlərindən gedir: “Bununla əlaqədar olaraq şirkətlər arasında müqaviləyə yeni əlavə edilib. Əlavəyə əsasən taksilərin yeni partiyasının göndərilmə müddəti yanvarın 30-dək uzadılıb. Həmin müddətədək, ən uzağı fevralın ortalarınadək taksilər Bakıda olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR