Bank Of Baku

Azərbaycan regionlarda poçt şöbələrinin modern üslubda inşasına başlayıb

Azərbaycan regionlarda poçt şöbələrinin modern üslubda inşasına başlayıb
# 09 yanvar 2012 12:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC-nin poçt şöbələrinin sayı 1 550-yə çatdırılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, artıq regionlarda poçt şöbələrinin daha da modern üslubda tikilməsinə başlanılıb. Bu, poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcıları və digər kommunal xidmət haqlarının ödənilməsi, xaricə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR