Bank Of Baku

İspaniya aviaşirkəti 200-dən çox uçuş reysini ləğv edib

İspaniya aviaşirkəti 200-dən çox uçuş reysini ləğv edib
# 09 yanvar 2012 14:48 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın “Iberia” aviaşirkəti yanvarın 9 və 10-na təyin olunmuş yüzlərlə aviareysi ləğv edib. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, buna səbəb təyyarə pilotlarının tətil etməsidir.

Yanvarına 9-da 109, yanvarın 10-da isə 104 aviareys ləğv olunub. Şirkət nümayəndələri bütün sərnişinlərlə əlaqə saxlayaraq onlara alternativ reyslər təklif edib.

Qeyd edək ki, bu, son bir ayda “Iberia” pilotlarının üçüncü tətilidir. Tətilə səbəb aviaşirkətin bu ilin aprel ayında “Iberia Express” adlı diskaunter (güzəştli) törəmə müəssisə yaratmaq niyyətidir. Yeni şirkətə keçiriləcək pilotların bir qismi orada maaşların aşağı olacağından ehtiyat edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR