Bank Of Baku

Şəkidə genişzolaqlı internetə olan tələbatın ödəmək üçün iri layihə həyata keçirilir

Şəkidə genişzolaqlı internetə olan tələbatın ödəmək üçün iri layihə həyata keçirilir
# 10 yanvar 2012 08:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi genişzolaqlı internetə olan tələbatın ödənilməsi məqsədilə Şəkidə iri layihənin icrasına start verib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, sürətli internet xidmətinin tətbiqinin genişləndirilməsi məqsədilə Şəki Rayon Telekommunikasiya Qovşağında (TKQ) yeni müasir avadanlıqların montaj olunaraq, abunəçilərin istifadəsinə verilməsi həyata keçirilir.

Eyni zamanda, Şəki TKQ-nin xidməti ərazisindəki 3 şəhər və 9 kənd elektron ATS-lərində yeni transmissiya DSLAM avadanlıqlarının montajı da davam etdirilir.

Şəki elektron ATS 4 stansiyasında yeni ADSL portlarının abunəçilərə verilməsinə başlanılıb. Yanvar ayı ərzində qalan 11 məntəqədə ümumilikdə 2,5 min ədəd ADSL portları istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR