Bank Of Baku

Azərbaycan Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Rəhbərləri Şurasının iclasında iştirak edir

Azərbaycan Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Rəhbərləri Şurasının iclasında iştirak edir
# 12 iyun 2012 12:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Aşqabadda (Türkmənistan) Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 46-cı iclası işə başlayıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edəcək iclasda Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

İclasın gündəliyinə RRB-nin MDB ölkələrinin rabitə və informasiyalaşdırma sahəsində gələcək əməkdaşlığına, birliyin rabitə administrasiyalarının radiorabitə və poçt rabitəsi sahəsində beynəlxalq və regional forumlara hazırlığına, elektrorabitə sahəsində qarşılıqlı fəaliyyətinə, o cümlədən yeni iştirakçıların Elektrorabitə Operatorları Şurasına üzvlüyünə xidmət edən tədbirlərinin həyata keçirilməsi məsələləri, eləcə də digər müzakirələr daxildir.

Tədbirdə həmçinin RRB-nin daxili fəaliyyətinə dair müvafiq qərarların müzakirəsi və qəbulu, habelə birliyin normativ sənədlərinə dəyişiklik və əlavələrin edilməsi planlaşdırılır.

İclasda tamhüquqlu iştirakçı ölkələrin rabitə administrasiyalarının nümayəndə heyətləri və RRB müşahidəçiləri ilə yanaşı, regional və beynəlxalq təşkilatlardan olan yüksək səviyyəli qonaqlar da iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR