Bank Of Baku

Bakıda mərkəzi metro stansiyalarının əlavə çıxışı tikiləcək

Bakıda mərkəzi metro stansiyalarının əlavə çıxışı tikiləcək
# 13 iyun 2012 13:35 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov bildirib. Onun sözlərinə görə, bura «Xətai», «Nizami», «İçərişəhər» və «Sahil» metro stansiyaları aiddir.

Qeyd edək ki, hazırda «Elmlər Akademiyası» metro stansiyasında ikinci çıxış tikilir və bu işlər 2015-ci ilədək davam edəcək.

Rəis müavini bildirib ki, ikinci çıxışın tikintisində əsas məqsəd sərnişinlərin rahatlığı ilə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsidir: «Bütün stansiyalarda ən azı iki çıxış olmalıdır. Məsələn, «Elmlər Akademiyası» stansiyasından hər gün 65 min sərnişin daşınır və orada yanğın baş verərsə, bir çıxışla böyük fəlakət ola bilər».

Bununla əlaqədar olaraq metronun bir çıxışı olan bütün stansiyalarında əlavə çıxış tikiləcək. «Nizami» stansiyasının əlavə çıxışı Füzuli meydanında, «Sahil»in çıxışı isə Nəsimi heykəlinin yaxınlığında inşa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR