Bank Of Baku

«Təmiz Şəhər» gəncləri eko-menecment sahəsində məlumatlandırıb

«Təmiz Şəhər» gəncləri eko-menecment sahəsində məlumatlandırıb
# 05 sentyabr 2012 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avqustun 31-dən sentyabrın 5-dək ATƏT-in Bakı ofisi və «Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi tərəfindən gənclər üçün «Green corps» yay məktəbi təşkil olunub.

«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, yay məktəbinin məqsədi eko-menecment, ətraf mühitin mühafizəsi və tədqiqatların düzgün aparılması sahəsində ilkin biliklərin verilməsi, layihələrin hazırlanması və idarə edilməsidir. Yay məktəbində ekoloji və menecment sahəsində ixtisaslaşmış yerli və beynəlxalq təlimçilər tərəfindən mühazirələr oxunub.

«Təmiz Şəhər» ASC-nin Layihələrin İdarəolunması və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov yay məktəbində təlimçi kimi iştirak edib. «Layihələrin idarəedilməsi» mövzusunda oxunan mühazirələr zamanı məişət tullantılarının idarəedilməsi sahəsində həyata keçirilən layihələr, o cümlədən Bərk Məişət Tullantılarının Yandırılması və Tullantıların Çeşidlənməsi zavodları barədə ətraflı məlumat verilib.

Mühazirələrdə həmçinin Azərbaycan prezidenti İlham Əliyevin 28 dekabr 2011-ci il tarixli sərəncamına əsasən, Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı görülən işlər, gələcək planlar və yaşıl biznes imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Mühazirə zamanı vurğulanıb ki, tullantıların idarəedilməsi təkcə ətraf mühitin mühafizəsini təmin edən ekoloji bir proses deyil, həmçinin düzgün idarəetmə və mexanizmlərin mövcud olduğu təqdirdə sağlam sosial-iqtisadi inkişafa dəstək verə bilən biznes imkanı ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR