Bank Of Baku

Gələn həftə Bakıda «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgi keçiriləcək - FOTO

Gələn həftə Bakıda «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgi keçiriləcək - <font color=red>FOTO</font>
# 05 sentyabr 2012 09:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Sentyabrın 10-11-də Bakıda Azərbaycanda ilk dəfə «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgi keçiriləcək.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Tunelçilər Birliyinin və “AzərTunelMetroTikinti” ASC-nin sədri Şaiq Əfəndiyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirin aktuallığı şəhər ərazisindən səmərəli istifadə olunması ilə bağlı hər il artan ehtiyacla əlaqədardır. Yeraltı məkandan (yeraltı avtomobil yolları, avtomobillər üçün dayanacaqlar, tunellər, metro, mağazalar və s.) rasional istifadə layihəçilər, memarlar, inşaatçılar, qazmaçılar, həmçinin şəhər icra hakimiyyəti, kommunal xidmətlər və bir sıra digər istiqamətlərin nümayəndələrində ciddi maraq doğurur. Bundan əlavə, yeraltı məkandan səmərəli və müasir şəkildə istifadə həm meqapolislər, həm də adi şəhərlər üçün son dərəcə vacib bir məsələyə çevrilir.

Bakı konqresi beynəlxalq ictimaiyyət tərəfindən də dərhal böyük maraqla qarşılanıb. Azərbaycan, Almaniya, Fransa, İspaniya, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Kanada, Koreya və digər ölkələrin alim və mütəxəssisləri, habelə maraq göstərən təşkilat və şirkətlər bu konqresdə iştirak edəcəklərini bildiriblər. Ümumilikdə, konfransa 300 nümayəndə akkreditə olunub. Konqreslə birlikdə sərgi təşkil olunacaq. Bu sərgidə qabaqcıl şirkətlər öz tunel tikinti layihə və texnologiyalarını nümayiş etdirəcək.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Memarlıq və İnşaat Universiteti, Fransa Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (AFTES), Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (ITA) və Azərbaycan Tunelçilər Birliyi tərəfindən birbaşa dəstək verilir.

Tədbirin sponsorları siyahısına «AzərTunelMetroTikinti» ASC, «Herrenknecht», «Vinci Construction», «Bouygues TP», «Tikilən Bakı Metropoliteni», «Körpü-Bina Tikinti», «AzərKörpü» və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi» şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR